Səudiyyə Ərəbistanı və Kanada diplomatik əlaqələri bərpa edir



 16:48 26.05.2023     292

Səudiyyə Ərəbistanı və Kanada 2018-ci ildə pozulan diplomatik əlaqələrin qarşılıqlı səfirlər təyin edilərək bərpa ediləcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, krallıq Kanada ilə diplomatik əlaqələrin bərpasına qərar verib. Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, qərar Kanadanın Baş naziri Castin Trüdo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Taylandın paytaxtı Banqkokda aparılan müzakirələrdən sonra verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Kanada arasında gərginlik Kanadanın Ər-Riyaddakı səfirliyinin ərəb dilində tvit ataraq Səudiyyə Ərəbistanında həbsdə olan qadın hüquqları müdafiəçilərinin dərhal azadlığa buraxılması ilə başlayıb. Buna cavab olaraq Səudiyyə Ərəbistanı Kanadadakı səfirini geri çağırıb və ticarət əlaqələrini dayandırıb.

Bahadur Seyidov