Pakistanda keçmiş nazirlərin diplomatik pasportları ləğv edildi
Pakistanın Miqrasiya və Baş Pasport İdarəsi Pakistan Ədalət Hərəkatı Partiyasından olan 9 keçmiş nazirin və Avami Müsəlman Liqasının lideri Şeyx Rəşid Əhmədin diplomatik pasportlarını ləğv edib.
Demedia.az xəbər verir ki, diplomatik pasportları ləğv edilənlər arasında keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi və keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd də var. Qərar ümumilikdə 10 keçmiş nazirə aiddir. Sözügedən siyasətçilər İmran Xan hökumətinin vəzifədə olduğu 2018-2022-ci illərdə vəzifədə olublar.
Pakistan qanunlarına görə, Nazirlər Şurasının üzvləri səlahiyyət müddəti bitdikdən sonra 30 gün ərzində pasportlarını təhvil verməlidirlər. Onların buna qədər diplomatik pasportlarını təhvil verib-vermədiyina dair məlumat yoxdur. Bu qərarın İmran Xanla hökumət arasında müzakirələrin aparılmasına dair fikirlərin səsləndirilməsindən verilməsi diqqət çəkib.
Bahadur Seyidov