Sudanda atəşkəsə əməl edilmədi



 16:12 30.05.2023     296

ABŞ-ın vasitəçiliyi ilə atəşkəs razılaşmasına baxmayaraq, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.

Demedia.az xəbər verir ki, paytaxt Xartumun qərbində yerləşən Muqren məhəlləsində hər iki tərəf ağır silahlardan istifadə edib. Döyüş təyyarələri paytaxt üzərində dövrə vurarkən bölgədə şiddətli partlayış səsləri eşidilib. Qeyd edək ki, tərəflər ABŞ və Səudiyyə Ərəbistanı vasitəsilə atəşkəs elan etmişdi. Buna baxmayaraq, paytaxtda silah səsləri eşidilir.

Atəşkəsin qüvvəyə minməsindən sonra ABŞ dövlət katibi Antoni Blinken sudanlı generalların atəşkəsə əməl etməyəcəkləri təqdirdə sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq etmişdi.

Bahadur Seyidov