Avropa İttifaqı Belarusa nüvə başlıqlarının yerləşdirilməsini pislədi



 16:28 30.05.2023     304

Avropa İttifaqı Moskva və Minsk arasında imzalanmış Belarus ərazisində Rusiya nüvə başlıqlarının yerləşdirilməsinə icazə verən razılaşmanı pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin ofisindən açıqlama verilib. Açıqlamada deyilir ki, bu, gərginliyi son dərəcə artıra biləcək sazişdir. Açıqlamada deyilir kİ, Belarus Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız müharibəsində iştirakçıdır. Bəyanatda deyilir ki, Belarus hakimiyyəti bu dəstəyi dərhal dayandırmalıdır. Bildirilib ki, Avropa İttifaqı vəziyyəti daha da gərginləşdirəcək istənilən cəhdə güclü cavab verəcək.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sənədlər imzalayıblar.

Bahadur Seyidov