Rusiya və Qırğızıstan birgə müdafiə sistemi qurur



 16:42 30.05.2023     311

Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Qırğızıstan arasında birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi təsdiq edən qanunu imzalayıb.

Demedia.az xəbər verir ki, bununla bağlı qanuna dair sənəd Rusiyanın Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub. Putinin imzaladığı qanuna əsasən, Rusiya və Qırğızıstan birgə regional hava hücumundan müdafiə sistemi yaradır. Qeyd olunub ki, bu sistem Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir və bu, regionun hava hücumundan müdafiəsini təkmilləşdirir.

Qeyd edək ki, iki ölkə arasında 2022-ci ildə imzalanan müqaviləyə əsasən, Rusiya tərəfinə Qırğızıstanda müvəqqəti istifadə üçün ərazi ayrılacaq. Bildirilir ki, Rusiya-Qırğızıstan Birgə Regional Hava Hücumundan Müdafiə Sistemi qoşunlarının birgə hərəkətlərinin əlaqələndirilməsini Rusiya Hərbi Hava Qüvvələri Komandanlığı həyata keçirəcək.

Bahadur Seyidov