Ukrayna İrana qarşı sanksiya tətbiq etdi



 16:54 30.05.2023     298

Ukrayna Radası İrana qarşı iqtisadi və digər sanksiyaların tətbiqi haqqında qətnaməni təsdiqləyib. Buna səbəb İranın Ukraynaya qarşı müharibədə Rusiyaya silah dəstəyi verməsidir.

Demedia.az xəbər verir ki, bu barədə Radanın saytı məlumat verib. Açıqlamada parlamentin iclasında ümumilikdə 10 qanun, 3 qanun layihəsi və 5 qərarın qəbul edildiyi bildirilib. Bəyanatda bildirilib ki, təsdiqlənmiş qətnamələr arasında İrana qarşı sanksiyaların tətbiqi qərarı da var.

Qeyd edək ki, İrana qarşı iqtisadi və digər sanksiyaların tətbiqinə dair qərar layihəsini Ukrayna prezidenti Vladimir Zelenski parlamentə təqdim edib. Qətnamə layihəsinə əsasən, İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq olunacaq.

Bahadur Seyidov