Serbiya Kosovo ilə sərhədə ordu yerləşdirir



 17:12 30.05.2023     299

Serbiya Kosovo ilə sərhədə ordu yerləşdirir.

Demedia.az xəbər verir ki, bu barədə Serbiyanın müdafiə naziri Miloş Vuçeviç açıqlama verib. O bildirib ki, ordu sərhəddə ayıq-sayıq xidmət edəcək. Bölgədəki problemin siyasi yollarla həllini gözlədiklərini qeyd edən Vuçeviç bildirib ki, Serbiya Baş Qərargahı Kosovodakı serblərin təhlükəsizliyini qorumaqda məsul olan NATO Sülh Qüvvələrinin səlahiyyətliləri ilə əlaqə saxlayıb.

Vuçeviç qeyd edib ki, Serbiya ordusu həm də baş komandan olan prezident Aleksandr Vuçiçin hər əmrini yerinə yetirməyə hazırdır. Serbiyanın baş naziri Ana Brnabiç isə qeyd edib ki, Kosova ilə sərhəddə vəziyyət çox gərgindir və vəziyyət heç vaxt bu qədər çətin olmayıb.

Bahadur Seyidov