Putin Ərdoğanın andiçmə mərasiminə qatılacaq? - Peskov cavab verdi



 17:18 30.05.2023     316

Kremlin sözçüsü Dmitri Peskov Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindəki uğuru ilə bağlı jurnalistlərə açıqlama verib.

Demedia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Ərdoğanın andiçmə mərasiminə qatılma ehtimalını dəyərləndirən Peskov, “Gözləyirik, hələ dəvət almamışıq” deyə bildirib. Peskovun sözlərinə görə, Rusiya-Türkiyə birgə layihələrinin həyata keçirilməsində çox yüksək temp var. Peskov bildirib ki, Moskva bu tempin qorunmasında maraqlıdır.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanandan sonra Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu təbrik edib.
Bahadur Seyidov