Putin hərbi vəziyyət elan edilən ərazilərdə seçkilərin keçirilməsinə icazə verən qanunu imzaladı



 17:42 30.05.2023     332

Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət elan edilən ərazilərdə seçkilərin keçirilməsinə icazə verən qanunu imzalayıb.

Demedia.az xəbər verir ki, müvafiq sənəd Rusiyanın rəsmi sənədlərinin yerləşdirildiyi internet portalında dərc olunub. Sənəd hərbi vəziyyət elan edilən rayonlarda görülə biləcək tədbirləri də özündə əks etdirir. Sənəddə, xüsusilə hüquq-mühafizə orqanlarına qanunlarla müəyyən edilmiş qadağa və məhdudiyyətlər pozulduqda həbs etmək səlahiyyəti verilib. Həmçinin hərbi vəziyyətin elan olunduğu bölgələrdə avtomobillərin “federal qanunla müəyyən edilmiş əsaslarla" saxlanıla biləcəyi qaydası qanundan çıxarılıb. Bu da vətəndaşların bölgədən hərbi vəziyyətin olmadığı yerlərə köçürülməsinə imkan verir.

Qeyd edək ki, qondarma “Donetsk Xalq Respublikası”, qondarma “Luqansk Xalq Respublikası”, eləcə də hərbi vəziyyət elan edilmiş Zaporojye və Xerson vilayətlərində seçkilərin keçirilməsi ilə bağlı düzəlişlər Rusiya parlamentinin aşağı palatası olan Dumaya təqdim edilib.

Bahadur Seyidov