Xərçəngə qalib gəldi, indi isə... - Məşhur sənətçidən yeni xəbər



 18:31 30.05.2023     427

Arka Sokaklar serialında canlandırdığı Volkan Komisər obrazı ilə tanınan Boğaç Aksoy tətil seçimini qeydr-adi şəkildə edib.

Demedia.az xəbər verir ki, hər fürsətdə təbiətsevər olduğunu və tez-tez düşərgə qurduğunu bildirən məşhur aktyor çarəni karvan almaqda tapıb.

Keçən noyabrda pərəstişkarlarına müjdə verərək limfa xərçənginə qalib gəldiyini açıqlayan Boğaç Aksoy karvan ruhunu çox sevdiyini və bayram seçimindən bu istiqamətdə istifadə etdiyini bildirib.

"Uzun müddətdir ki, karvanla səyahət etmək arzum var idi. Xaricdə də uzunmüddətli planım var, amma ilk məqsədim öz sahil zolağımızı gəzməkdir".

Müalicə prosesindən sonra tamamilə sağalan Boğaç Aksoy karvan həyatı ilə daha sağlam yaşamağa başladığını da açıqlayıb:

"Günəşlə oyanıb meditasiya edirəm. Meşədə gəzintiyə çıxıram, təbii qidalanıram. Bir sözlə, təbiətdə rahatlıq tapıram".

Aysun / Demedia.az