Avtomobildə qalan ayı paltar ipi ilə xilas edildi - VİDEO



 19:29 30.05.2023     511

ABŞ-ın Nevada ştatında meşəlik ərazidə ayı avtomobilə daxil olub.

Demedia.az xəbər verir ki, vəziyyəti görən yerli sakin polisə xəbər verib.

Əraziyə gələn polis, ayı hücum edəcəyi təqdirdə paltar ipindən istifadə edərək avtomobilin qapısını uzaqdan açıb. Polis kəndiri avtomobilin qapısının dəstəyinə bağlayaraq oradan uzaqlaşıb. Polis kəndiri çəkib qapını açanda maşındakı ayı enərək ərazini tərk edib. Ayının avtomobilin içərisinə böyük ziyan vurduğu görülüb.

Meşəlik ərazilərdə nəqliyyat vasitələrinə yemək buraxmamaq barədə xəbərdarlıq edilib.

Aysun / Demedia.az