BMT Şimali Koreyanın hərbi casus peyki buraxmaq cəhdini pislədi



 14:57 31.05.2023     303

BMT Şimali Koreyanın hərbi casus peyki buraxmaq cəhdini pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik deyib. O bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi casus peyki buraxma cəhdini qınayıb. Quterreş Şimali Koreyanı Koreya yarımadasında davamlı sülhə və regionun tam nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu bərpa etməyə çağırıb.

Dujarrik həmçinin qeyd edib ki, ballistik raket texnologiyasından istifadə edilən hər hansı buraxılış BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Pxenyan administrasiyası Yaponiyaya və Beynəlxalq Dəniz Təşkilatına peyk buraxağı barədə məlumat vermişdi.

Bahadur Seyidov