Kosovonun şimalında serblərin etirazları səngimir



 15:59 31.05.2023     308

Kosovonun şimalında serblərin başlatdığı etirazlar davam edir.

Demedia.az xəbər verir ki, Zveçanda toplaşan 1000-dən çox serb Serbiya lehinə şüarlar səsləndirərək, NATO-nun Kosovo Sülhməramlı Qüvvələrinin yaratdığı təhlükəsizlik ərazinin qarşısında Serbiya bayrağını açıblar. Zveçan Bələdiyyə Şurasının keçmiş sədri Srdan Milosavljeviç bildirib ki, Kosovo polisinin etirazların dayanması üçün bələdiyyə binalarını tərk etməsi barədə xəbərlər doğru deyil. O, bölgədəki gərginliyin ardından həbs edilən 2 serbin sərbəst buraxılmasını tələb edib.

Qeyd edək ki, NATO-nun Kosovo Sülhməramlı Qüvvələri Zveçan bələdiyyə binası ətrafında təhlükəsizlik ərazisi yaradıb. Serblər bəyan edib ki, onların tələbləri yerinə yetirilənə qədər etirazlar davam edəcək. Qeyd edək ki, Kosovo serbləri Kosovonun şimalında serblərin yaşadığı Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində alban merlərin seçilməsinə etiraz edir.

Bahadur Seyidov