Qərb Moldovadan Rusiyaya mesaj verdi



 16:21 31.05.2023     321

Avropa qitəsi ölkələrinin liderləri Moldovada Avropa Siyasi Birliyinin 2-ci iclası üçün bir araya gəlir.

Demedia.az xəbər verir ki, toplantı sabah Moldovanın paytaxtı Kişinyovdan 40 kilometr məsafədə yerləşən tarixi Mimi qalasında keçiriləcək. 1 günlük toplantıya 47 Avropa ölkəsinin lideri və Avropa İttifaqı qurumlarının rəhbərləri dəvət olunub. Görüşə təkcə Rusiya və Belarus dəvət olunmayıb. Avropa Birliyinin rəsmilərinə görə, Rusiyanın Ukraynaya hücumundan sonra Moldovada keçirilən görüş geosiyasi baxımdan simvolik əhəmiyyət daşıyır.

Ukraynadan sonra Rusiyanın Moldovanı hədəfə alacağı barədə iddiaları xatırladan Avropa İttifaqının rəsmiləri görüşün Moldovada təşkil olunmasını Moskvaya mesaj kimi qiymətləndirib.

Bahadur Seyidov