Stoltenberq Kosovo və Serbiyanı dialoqa çağırdı



 16:43 31.05.2023     282

NATO-nun baş katibi Yens Stoltenberq Kosovo-Serbiya sərhədindəki gərginliklə bağlı Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellə görüşüb.

Demedia.az xəbər verir ki, Stoltenberq Borrellə telefon danışığı barədə sosial mediada açıqlama verib. O bildirib ki, Kosovo ilə Serbiya arasında normallaşmanı nəzərdə tutan Avropa Birliyinin  rəhbərlik etdiyi Belqrad-Priştina dialoqu dərhal başlamalıdır. Stoltenberq bunun sülh və normallaşmanın yeganə yolu olduğunu bəyan edib. Onun sözlərinə görə, Priştina gərginliyi azaltmalı və birtərəfli, sabitliyi pozan addımlar atmamalıdır.

Stoltenberq NATO-nun Kosovodakı Sülh Qüvvələrinin təhlükəsiz mühiti təmin etməyə davam edəcəyini vurğulayıb.

Bahadur Seyidov