Latviyanın xarici işlər naziri prezident seçkilərinin qalibi oldu



 16:57 31.05.2023     309

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç prezident seçkilərinin qalibi olub.

Demedia.az xəbər verir ki, hər üç turun eyni gündə keçirildiyi və üç namizədin mübarizə apardığı səsverməyə əsasən Rinkeviç Latviyanın yeni prezidenti seçilib.Prezident olmaq üçün parlamentdəki 100 deputatdan azı 51-nin səsini qazanmaq lazım idi. İlk turda Uldis Pilens 25, Rinkeviç 42 və Elina Pinto 10 səs toplayıb. İkinci turda da namizədlər eyni sayda səs toplayıblar. İkinci turdan sonra namizədlərin sayı ikiyə enib. Üçüncü turda Rinkeviç 52, Pilens isə 25 səs toplayıb. Beləliklə, Rinkeviçs seçkidə qalib gələrək Latviyanın yeni prezidenti olub.

Latviyanın hazırkı Prezidenti Egils Levits yeni Prezident Edqars Rinkeviçi təbrik edib.

Bahadur Seyidov