Konqo Demokratik Respublikasında üsyançılar hücuma keçdi



 17:22 31.05.2023     291

Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri üsyançıların hücumuna məruz qalıb.

Demedia.az xəbər verir ki, hücum nəticəsində azı 15 mülki şəxs həlak olub. Məlumata görə, hücumu Demokratik Alyans Qüvvələrinin üsyançı qruplaşmasının üzvləri təşkil edib. Beni əyalətinin Kainama rayonuna edilən hücum zamanı 9 mülki şəxs isə itkin düşüb. Təhlükəsizliyin artırılması üçün əyalətə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Qeyd edək ki, 1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan Demokratik Alyans Qüvvələri, Uqanda Milli Azadlıq Ordusu, Uqanda Müsəlman Azadlıq Ordusu və digər hərəkatların keçmiş üzvləri tərəfindən yaradılıb.

Bahadur Seyidov