Özbəkistan və Qırğızıstan arasında tikilən divar söküldü



 17:43 31.05.2023     304

Özbəkistan və Qırğızıstan arasında əvvəllər bağlanmış sərhəd-keçid məntəqələrinin açılması işləri davam edir.

Demedia.az xəbər verir ki, bu çərçivədə Özbəkistanın Əndican və Qırğızıstanın Cəlalabad əyalətlərindən keçən hissəsində 198 sökülüb. Məlumata görə, sözügedən divar 2010-cu ildə Özbəkistan tərəfindən keçid məntəqəsini bağlamaq üçün tikilmişdi. Qırğızıstan Sərhəd Birliklərinin açıqlamasına görə, 2010-cu ildə keçid qapıları, eləcə də sözügedən sərhəd qapısı inşa edildikdən sonra qarşılıqlı keçidlər bağlanıb. İndi sərhədlərin açılması istiqamətində işlər dava edir.

Qeyd edək ki, 2016-cı ildə prezident Şavkat Mirziyoyev vəzifəyə gəldikdən sonra qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa başlayıb.

Bahadur Seyidov