Şimali Koreyanın casus peyki dənizə düşdü



 12:28 31.05.2023     294

Şimali Koreya casus peyk buraxma əməliyyatının uğursuz olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, peykin dənizə düşməsi ilə əlaqədar Cənubi Koreya və Yaponiyada xəbərdarlıq elan edilib. Şimali Koreya dövlət mediasının məlumatına görə, peyki daşıyan raket birinci və ikinci pillələrin ayrılmasından sonra zərbə qüvvəsini itirərək Koreya yarımadasının qərb sahilləri yaxınlığındakı sulara düşüb. Bildirilir ki, alimlər əməliyyatın niyə uğursuz olduğunu araşdırır.

Cənubi Koreya Baş Qərargahının açıqlamasına görə, raket Şimali Koreyanın əsas kosmos buraxılış mərkəzinin yerləşdiyi şimal-qərb Tonqçanq-ri bölgəsindən havaya buraxılıb. Cənubi Koreya ordusu raketin suya düşməzdən əvvəl “anormal uçuş” etdiyini bildirib.Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə bildirib ki, Şimali Koreyanın buraxdığı obyekt kosmosa çatmayıb.

Bahadur Seyidov