Tanınmış məşqçi "Fənərbaxça"nın tələbini rədd etdi



 18:31 31.05.2023     462

"Fənərbaxça"nın Xorxe Jesusun ayrıla biləcəyi halda "Palmeyras"ın portuqaliyalı baş məşqçisi Abel Ferreyra ilə görüş tələb etdiyi, lakin rədd edildiyi bildirilib.

Demedia.az xəbər verir ki, Abel Ferreyra "Fənərbağça"nın görüş tələbini rədd edib

"Fənərbaxça" Xorxe Jesusun postunu tərk edəcəyi təqdirdə Palmeyrasın baş məşqçisi Abel Ferreyra ilə görüş istəyib.

Braziliya mətbuatı "Fənərbağça"nın Abel Ferreyranın menecerləri ilə görüş keçirdiyini yazıb. Məlumata görə, "Fənərbağça"nın istəyi startdan əvvəl portuqaliyalı çalışdırıcı Ferreyranın görüşmək istəmədiyi üçün rədd edilib.

“Palmeyras”la çempionluğun dadını çıxaran 44 yaşlı çalışdırıcının adı da Xorxe Xesus kimi Braziliya Milli Komandasında hallanır.

Aysun / Demedia.az