Təyyarədə ŞOK OLAY: Poilota şillə vurdu və...



 19:01 31.05.2023     560

Braziliyalı müğənninin təyyarədə lentə alınan 20 saniyəlik görüntüsü sosial mediada sürətlə yayılıb.

Demedia.az xəbər verir ki, videonun hansı hava limanında çəkildiyi məlum deyil.

Böyüklər üçün videoları ilə tanınan braziliyalı müğənni MC Pipokinhanın sosial media hesabından paylaşdığı son video görüntüsü qəzəbə səbəb olub.

Sərnişin təyyarəsinin kabininə girən 24 yaşlı qadının təbəssümü ilə açılan görüntünün davamı gözlənilməz olub. Bir neçə saniyə sonra soyunan braziliyalı müğənniyə təyyarənin pilotu müdaxilə edib. Gənc qadının “şousundan” təsirlənməyən qəzəbli pilot “Sən bunu edə bilməzsən, hörmət göstər” deyərək qadını dayandırmağa çalışıb.

Lakin favela funk ulduzu pilotun reaksiyasına əhəmiyyət verməyib, o, yenidən şalvarını yuxarı çəkərkən gülüb və pilota istehza ilə şillə vurub.

Aysun / Demedia.az