Belə vəhşilik olmaz: Ölkədən qaçmaq üçün qadının gözlərini çıxardı



 20:02 31.05.2023     577

Venesuelada ölkədən qaçmaq üçün qatil olmağı seçən gəncin hərəkətləri bütün dünyada əks-səda doğurub.

Demedia.az xəbər verir ki, vəhşilik xəbərləri ilə gündəmə gələn Cənubi Amerika ölkələri tez-tez qalmaqallara səbəb olur. Bu qalmaqallarda çox vaxt kartellər iştirak edir. Nəhayət, iqtisadi böhranla mübarizə aparan Venesuelada baş verən dəhşətli inkişaf ölkədə hiddətə səbəb olub.

Ölkənin 28 milyon əhalisi olan Trujillo bölgəsində Xose Qreqorio Hernandez Varqas və Kleiver Omar Linares Rondon adlı iki gənc Andreina Rivas Romero adlı məktəbli qızı qətlə yetiriblər.

Yerli mətbuatın məlumatına görə, tibb fakültəsinin tələbəsi olan Varqas Romeronu çaya dəvət etdikdən sonra gənc qadına bıçaqla hücum edib. Hücumdan sonra gözlərini çıxarıblar və cəsədi dostu ilə bərabər onların yanındakı Rio Motatan çayına atıblar.

Hadisədən xəbərsiz olan gənc qadının ailəsi xəbər ala bilmədiklərini əsas gətirərək polisə gedib. Dindirmələrin sonunda Varqasın törətdiyi cinayəti etiraf etdiyi məlum olub.

Şübhəlilərin Romeronun evinə qayıtdıqları və ailəsinə onun harada olduğunu bilmədiklərini söylədikləri də qeyd edilib.

Polis şübhəlilərin Valerada həbs edildiyini və hazırda Trujillo Dövlət Prokurorluğunun nəzarətində olduğunu bildirib.

Araşdırmalar çərçivəsində yerli mediaya Varqasın pula ehtiyacı olduğu və gənc qadının gözlərini sataraq ölkədən qaçmağı planlaşdırdığı bildirilib. Varqas 2 göz üçün alıcıdan 100 dollar alacağını da bildirib.

Aysun / Demedia.az