Avtobusda DƏHŞƏT: Sürücü sərnişini güllələdi



 23:09 31.05.2023     662

ABŞ-ın Şimali Karolina ştatında avtobusa minmək istəyən sərnişin silahını göstərib. 

Demedia.az xəbər verir ki, bunun üzərinə sürücü də silahı ilə cavab verib. Avtobus sürücüsünün sərnişinin üzərinə güllə yağdırdığı anlar saniyələrlə təhlükəsizlik kamerasına əks olunub.

ABŞ-ın Şimali Karolina ştatında avtobusda sərnişin dayanacaqdan başqa yerdə düşmək istəyən zaman sürücü ilə mübahisə yaranıb. Sərnişin silahını çıxaran zaman avtobus sürücüsü silahını çıxarıb və güllə yağdırıb. Yaralı sərnişin orta qapıya tərəf sürünüb. Mübahisə davam edərkən xəsarət alan sərnişin özünü yerə atıb.

Avtobus sürücüsü sərnişinə atəş açmağa davam edib. Müzakirənin atışmaya çevrildiyi anlar saniyələr içində avtobusun təhlükəsizlik kamerasına əks olunub.

Polisin verdiyi açıqlamada sərnişin Omarri Sharif Tobiasın ayağından, sürücü David Fullardın isə qolundan yaralandığı, digər sərnişinlərin isə xəsarət almadığı bildirilib.

6 gün xəstəxanada müalicə alan sərnişin daha sonra müxtəlif ittihamlarla həbs edilib və 250 min dollar cərimə olunub. Avtobus sürücüsü işdən çıxarılıb.

Aysun / Demedia.az