Rusiya nasist rejiminin ölkə sərhədlərində olmasına imkan verməyəcək - Lavrov



 15:42 01.06.2023     326

Rusiya nasist rejiminin ölkə sərhədlərində olmasına imkan verməyəcək.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. O bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski rejimi nasist Almaniyasının Rusiyaya qarşı həyata keçirdiyi siyasəti tətbiq etmək istəyir. “Biz faşist Almaniyasının ölkəmizə təcavüzünü təkrarlamaq üçün istifadə edilən bir rejimin sərhədlərimizdə olmasına imkan vermərik”, - deyən Lavrov Zelenskinin Qərbin Rusiyaya qarşı təcavüzünün simvoluna çevrildiyini vurğulayıb.

"İkinci Dünya Müharibəsi zamanı Hitler demək olar ki, bütün Avropa ölkələrini öz bayrağı altında birləşdirdi. İndiki vəziyyətdə ABŞ da demək olar ki, bütün Avropanı birləşdirib. Onları Rusiyaya qarşı müharibə üçün Kiyev rejiminin silahlarının pulunu ödəməyə və Ukraynada nasist təcrübələrini həyata keçirən prezident Zelenskini bu mübarizənin simvolu kimi istifadə etməyə məcbur etdi” - Lavrov deyib.

Bahadur Seyidov