Rusiya Qərbin F-16 planına cavab verə bilər - Lavrov



 16:20 01.06.2023     336

“Qərb ölkələrinin ukraynalı pilotlara F-16 təyyarələri barədə təlim keçmək planlarına Rusiya ordusunun cavab vermək imkanı var”.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. "Cavabımıza gəlincə, silahlı qüvvələrimizin buna cavab verə biləcəyinə şübhə etmirəm" deyən Lavrov bildirib ki, bəzi Avropa ölkələri, o cümlədən Danimarka və Hollandiya ABŞ-ı razı salmaq üçün ön planda olmağa çalışır. “Əvvəla, hegemonu məmnun etmək istəyi var. Bu ölkələr Avropa məsələlərində Vaşinqtonun xəttini fəal şəkildə davam etdirirlər” - Lavrov deyib.

Qeyd edək ki, Qərb ukraynalı pilotlara təlim keçmək üçün koalisiya qurub. Koalisiyaya Danimarka və Hollandiya rəhbərlik edir.

Bahadur Seyidov