Seul Pxenyanın raketinin qalıqlarını ələ keçirməyə çalışır



 16:01 01.06.2023     298

Cənubi Koreya ordusu kosmosa buraxılarkən Sarı dənizə düşən Şimali Koreya raketinin qalıqlarını çıxarmağa çalışır.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Li Çen Sup deyib. O bildirib ki, Pxenyan tərəfindən kosmosa buraxılarkən dənizə düşən raketin batmış hissələrinin çıxarılması üçün əməliyyatlar davam edir. Raketin 15 metr uzunluğundakı hissəsinin dənizin 75 metr dərinliyində olduğunu deyən Li bildirib ki, bütün parçaları toplamaq üçün axtarışlar diqqətlə aparılır. Li qeyd edib ki, Pxenyanın uğursuz buraxılış cəhdi ölkənin qərb sahilində tikilən yeni buraxılış qurğusunda baş verib.

“Şimali Koreyanın atdığı raketdə istifadə edilən texnologiya qitələrarası ballistik raket texnologiyasına bənzəyirmi?” sualına Li “Bəli. Eyni prinsip peyk daşıyıcıları və döyüş başlıqları olan raketlərə də aiddir” - deyə cavab verib.

Bahadur Seyidov