NATO Kosovodakı hərbçilərinin sayını artırdı



 17:01 01.06.2023     308

NATO-nun Kosovo Sülh Qüvvələri Kosovonun şimalındakı Zveçanda daha 5 məntəqəyə qoşun yerləşdirib.

Demedia.az xəbər verir ki, bu barədə Kosovodakı ən böyük serb partiyası olan Serb Listinin rəhbəri Qoran Rakiç açıqlama verib. O bildirib ki, NATO-nun Kosovo Sülh Qüvvələrinin sayı onların tələbi ilə artırılıb. Hazırda bölgədə etirazlar nisbətən səngiyib.

Qeyd edək ki, serblərin yaşadığı ərazidə albanların bələdiyyə seçilməsinə etiraz serblər NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin əsgərləri tərəfindən qurulan çadırlarda və Zveçan Bələdiyyəsi qarşısındakı təhlükəsizlik ərazidə toplaşıb. Əvvəlki günlərə nisbətən daha az adamın qatıldığı etiraz aksiyasında bir qrup mədənçinin də iştirak etdiyi müşahidə edilib.

Bahadur Seyidov