"NATO-nun Kosovoya əlavə qoşun göndərməsi siyasi həll yolundan imtina etdiyi anlamına gəlmir"



 16:39 01.06.2023     272

NATO-nun Kosovoya əlavə qoşun göndərmək qərarı NATO-nun siyasi həll yolundan imtina etdiyi anlamına gəlmir.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə deyib. O Norveçin paytaxtı Osloda NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı zamanı bildirib ki,  Kosovoya əlavə hərbçi göndərmək barədə qərar gərginliyi azaltmaq məqsədi daşıyır. “NATO-nun Kosovoya əlavə 700 hərbçi göndərməsi və daha bir batalyonun hazır olması alyansın münaqişənin Avropaya sıçrayacağı ilə bağlı narahat olduğunu deməyə əsas verir?” sualına Stoltenberq “Bu, NATO-nun siyasi həll yolundan imtina etməsi demək deyil” cavabını verib.

Qeyd edək ki, NATO-nun Kosovo Sülh Qüvvələri Kosovonun şimalındakı Zveçanda daha 5 məntəqəyə qoşun yerləşdirib.

Bahadur Seyidov