Keniyada hakim partiya ilə müxalifət arasında danışıqlar dayandırıldı



 17:42 01.06.2023     310

Keniyada hakim partiya ilə müxalifət arasında aparılan danışıqlar qeyri-müəyyən müddətə dayandırılıb.

Demedia.az xəbər verir ki, bu barədə ikitərəfli danışıqlar qrupunun rəhbəri Otiende Amollo açıqlama verib. O bildirib ki, müxalifətin tələbləri yerinə yetirilmədiyi üçün danışıqlar dayandırılıb. Məlumata görə, danışıqlar Milli Seçki Komissiyasına təyinatlar və dəyişikliklərlə bağlı fikir ayrılığı səbəbilə dayanıb. Danışıqlar zamanı yaşayış xərcləri və Komissiyanın məlumat mərkəzlərinin qorunması ilə bağlı məsələlər də müzakirə olunub.

Qeyd edək ki, müxalifətin Azimio koalisiyası ilə hakim Keniya Kvanza alyansı arasında danışıqlar müxalifətin küçələrə çıxmasından sonra başlayıb. Müxalifət prezident seçkilərinin saxtalaşdırıldığını irəli sürür və Seçki Komissiyasında təyinatların dayandırılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Müxalifət cəbhəsi hökumətin dialoq çağırışından sonra aksiyaları dayandırıb.

Bahadur Seyidov