Rusiyanın cəsus balinası İsveç sahillərində müşahidə edildi



 17:19 01.06.2023     316

Rusiyaya aid olduğu düşünülən və 2019-cu ildən Norveç sahillərində olduğu bilinən cəsus ağ balina “Hvaldimir” bu dəfə İsveç sahillərində görüntülənib.

Demedia.az xəbər verir ki, cəsus balinanın qorunması üçün qurulan “OneWhale” adlı təşkilatdan bildirilib ki, İsveç səlahiyyətliləri ilə əlaqə saxlanılıb və casus balinanın mühafizəsi üçün işlərə başlanılıb. Məlumata görə, İsveç rəsmiləri balinanın qayğısına qalmaq üçün hərəkətə keçib. Məlumata görə, balinanın şimala doğru üzməsi üçün plan hazırlanıb.

“OneWhale” təşkilatının lideri Rich German bildirib ki, "Hvaldimir son dərəcə həssasdır. Təşkilat lideri İsveçə balina ilə bağlı məsələyə dərhal reaksiya verdiyinə görə təşəkkür edib.

Bahadur Seyidov