Fransa Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır - XİN



 15:11 01.06.2023     293

Fransanın xarici işlər naziri Ketrin Kolonna bəyan edib ki, suveren dövlətlər öz müttəfiqlərini sərbəst seçmək hüququna malikdirlər və buna görə də onlar Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdırlar.

Demedia.az xəbər verir ki, Kolonna bununla bağlı Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısının girişində açıqlama verib. O bildirib ki, iclasın əsas mövzusu Ukrayna-Rusiya müharibəsidir. Diplomatın sözlərinə görə, ölkələr Ukraynaya qarşı təhlükəsizlik öhdəliklərinə əməl etməlidir.

"Bütün suveren dövlətlərin öz müttəfiqlərini sərbəst seçmək hüququna malik olduğu beynəlxalq hüququn sadə prinsipini xatırlatmalıyam. Bu prinsipə hörmət etməkdə qərarlıyıq" - Kolonna deyib.

Bahadur Seyidov