Bir ailənin SONU: "Ana oyan, qardaşımı öldürdüm"



 18:00 01.06.2023     451

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının Talsa şəhərində baş verənlər bütün dünyada rezonans doğurub.

Demedia.az xəbər verir ki, dəhşətli hadisə baş rollarda 12 yaşlı qız və 9 yaşlı qardaşdır.

İngilis mətbuatında yer alan xəbərə görə, səbəbi hələ bəlli olmayan hadisədə 12 yaşlı qız qardaş Zanderi bıçaqlayaraq öldürüb. Saat 02.30 radələrində qardaşını öldürən qatil anasını qaldıraraq “qardaşımı öldürdüm” deyib.

Qışqıran ana tələsik 911-ə zəng vuraraq həm tibbi, həm də polis qrupunu hadisə yerinə çağırıb. O, hadisə yerinə gələn polis tərəfindən saxlanılan 12 yaşlı qatili qandallayıb. Qatil isə bu sözlərlə polisə səslənib: “Uşağam, hələ mənə qandal lazımdırmı? Anasına dönüb “nə baş verdiyini bilmirəm” sözlərini əlavə edib.

Aysun / Demedia.az