Qadın hesab ödəməli deyil - Qalmaqal



 18:31 01.06.2023     475

Türkiyəli müğənni Yeliz Yeşilmen kişi-qadın münasibətləri ilə bağlı çoxlu çıxışlar edib.

Demedia.az xəbər verir ki, 44 yaşlı müğənni "Kişilərdə baxımın əleyhinə deyiləm, dəriyə qulluq edə bilərlər, ancaq kişilərdə botoks iyrənc görünür. Onun yerinə başqa üsula əl atsınlar. Çox baxım kişiyə xas görünmür. Botoks doldurmaq iş görür. Kişilərə yaraşmaz. Göz qapağı estetikası edilə bilər amma bunun xaricində qadına xas olan şeyləri heç vaxt kişilərlə əlaqələndirmirəm" deyib.

O bildirib ki, indi kişilər və qadınlar qarışmağa başlayıb: "Kişilər də hesabı ödəməyi dayandırdılar. Qadına deyirlər ki, sən işləyirsən, özün edə bilərsən. “Həyat adidir” deməyə başladılar. İndi bu şeylər qadınların üzərinə düşməyə başladı. Sanki rollar dəyişir. Kişilər kişi kimi, qadınlar da qadınlar kimi olsun! İndi suyunu çıxaranlar var. Hər şeyin bir dozası var. Kişilər indi qadınlara çoxlu maddi tələblər qoyurlar. Mən qadının hesabı ödəməsini düzgün hesab etmirəm. Kişilər ev və ərzaq alış-verişini ödəməlidirlər".

Aysun / Demedia.az