Belə cinayət GÖRÜLMƏYİB: Keçmiş sevgilisini öldürmək üçün 230 km gəldi və...



 19:01 01.06.2023     460

İngiltərənin paytaxtı Londonda dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, hadisənin təfərrüatları dünya mətbuatının hiddətinə səbəb olub.

30 yaşlı Dennis Akpomedaye törətdiyi cinayətə görə 29 il müddətinə azadlıqdan məhrum edilib.

Cənubi Uelsdə yaşayan Dennis keçmiş sevgilisini tapmaq üçün Londona gəlib. 230 kilometr yol qət edən Dennis nəhayət ki, sevgilisini tapa bilib. Gənc qadının harada işlədiyini də öyrənən Dennis öz xəyanətkar planını həyata keçirmək üçün işdən sonra gözləyib.

Keçmiş sevgilisi və işdən sonra yanındakı kişini izləyən Dennis adı açıqlanmayan şəxsin qadının yanından ayrılması ilə hərəkətə keçib. Yalnız gözlərinin görə bildiyi maska ​​taxan qatil qəfildən xiyabanda gənc qadına hücum edərək ona 40 bıçaq zərbəsi vurub. Kamera görüntülərindən istifadə edən polis təcavüzkarı qısa müddətdə yaxalayıb.

Ania adlı qadının qətlini araşdıran detektiv Brian Howie deyib: "Bu son dərəcə şiddətli və vəhşi hücum idi".

Aysun / Demedia.az