Məşhur müğənni etiraf etdi: Narkotikdən xilas olmaq üçün...



 19:29 01.06.2023     444

Səhnədə və qırmızı xalçada üzünü göstərməməyi üstün tutan, üzünü pariklə örtən avstraliyalı müğənni Sianın ilk evliliyi 2014 - 2016-cı illərdə Erik Anders Lanqla olub.

Demedia.az xəbər verir ki, sənədli filmə baxdıqdan sonra 18 yaşlı iki uşağı övladlığa götürən Sia keçən ay Den Bernardla evlənib.

Digər tərəfdən, Sia 18 yaşında iki uşağı övladlığa götürüb. Oğullarından biri ilə sənədli filmdə tanış olduğunu deyən Sia, “Realiti-şoulara, sənədli filmlərə aludə oluram. Sənədli filmə baxdım, oğlumu gördüm” dedi. “Onu tapıb anası olacağam” deyə düşündüyünü bildirən məşhur müğənni dediyini edib.

Sia “Mənim indiyə qədər etdiyim ən yaxşı şey analıqdır” ifadəsini işlətdi. Müğənni 2020-ci ildə verdiyi müsahibədə nəvələrinin olduğunu da açıqlayıb: “Kiçik oğlumun iki uşağı var. Mən indi nənəyəm. Mənə Nana deyəcəklər”.

Narkotiklərlə mübarizə üzrə məsləhətçi Carolyn Wigerin iştirak etdiyi 'Rob Has a Podcast'a qoşulan Sia, "Mən autizm spektrindəyəm və narkomaniyadan qurtulmaq prosesindəyəm" deyə etiraf edib.

Aysun / Demedia.az