NASA-dan UFO açıqlaması: Futbol meydançası qədər böyük...



 20:02 01.06.2023     537

NASA-nın səmada qeydə alınan naməlum obyektlər üzərində təşkil edəcəyi panel uzun müddətdir maraqla gözlənilirdi.

Demedia.az xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “naməlum hava hadisələri” adlanan və daha çox UFO kimi tanınan naməlum uçan obyektləri araşdırmaq üzrə paneli keçən ildən bəri ilk ictimai toplantısını keçirib.

Fizikadan astrobiologiyaya qədər müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirən 16 nəfərlik NASA paneli açıqlanmayan UFO müşahidələrini araşdırmaq üçün keçən ilin iyununda yaradılıb. Naməlum Hava Fenomeni (UAP) adlanan bu müşahidələr və mülki hökumət və kommersiya sektorlarından toplanan digər məlumatlar panel tərəfindən qiymətləndirilib.

NASA qeyd edib ki, Vaşinqtondakı baş qərargahında keçirilən bugünkü dörd saatlıq ictimai dinləmədə əsas diqqət panelin hesabatı dərc edilməzdən əvvəl "yekun mülahizələrin" edilməsinə yönəlib. David Spergel qeyd edib ki, hesabatı iyulun sonunda dərc etməyi planlaşdırırlar.

NASA-nın elm bölməsinin baş tədqiqat işçisi Dan Evans, komandanın qarşıda bir neçə aylıq iş olduğunu söylədi və panel üzvlərinin işə başladıqları gündən internetdə təqib və sui-istifadəyə məruz qaldıqlarını bildirib.

NASA-nın işi hərbi pilotlar tərəfindən bildirilən və ABŞ müdafiə və kəşfiyyat rəsmiləri tərəfindən son illərdə araşdırılan naməlum hava hadisələri ilə bağlı yeni açılmış Müdafiə Departamentinin təhqiqatından ayrı aparılır.

Aysun / Demedia.az