Görün Mirvari necə çıxarılır - Video



 15:12 02.06.2023     988

Mirvari qiymətli daşlar arasında canlı orqanizm mənşəli yeganə daşdır.

Ehtimal edilir ki, o, qədim insanların qida axtarışı zamanı kəşf edilib. “Qiymətli daşların kraliçası” sayılan mirvari bəzi xalqlarda pozitiv enerji mənbəyi kimi məşhurdur. Bundan əlavə, o, var-dövlətin simvoludur. Bir stiridiyanın orta ölçüdə mirvari yaratması 5 il çəkir. İyun ayında doğulanların daşı sayılan mirvari haqqında tarixdə maraqlı faktlar çoxdur. Məsələn; Qədim Yunanıstanda inanırdılar ki, mirvarilər Tanrıların göz yaşlarıdır. Gəlinlər öz toyunda ağlamasın deyə, onlara mirvari ilə süslənmiş bəzək əşyaları taxmağı məsləhət görürdülər. Dünyanın ən məşhur mirvarisi “La Peregrina”dır. Armud şəklindəki bu mirvarini tarixin müxtəlif dövrlərində Mari Tudor, Napolyon və Elizabet Teylor taxıb.

Mirvari Daşının möcüzəvi faydaları haqqında videoda  ətraflı məlumat verilir.

Aqat Silver kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ