İsveçrə parlamenti Ukraynaya silah ixracına icazə verən təklifi rədd etdi



 16:05 02.06.2023     280

İsveçrə parlamenti ölkədə istehsal olunan silahların Ukraynaya təkrar ixracına icazə verilməsi təklifini rədd edib.

Demedia.az xəbər verir ki, komitənin təklifi Nümayəndələr Palatasında müzakirəyə çıxarılıb. Sənədin lehinə 75, əleyhinə isə 98 səs verilib. Nümayəndələr Palatasında ən çox yerə sahib olan İsveçrə Xalq Partiyası və İsveçrə Yaşıllar Partiyası  təklifə qarşı çıxıb. "Bu təşəbbüsü qəbul etmək neytrallığı pozmuş olar", - İsveçrə Xalq Partiyasından deputat Jan-Lük Addor deyib.  

Qeyd edək ki, İsveçrə Konfederasiyasının prezidenti Alain Berset Avropa Siyasi Birliyinin Sammitində iştirak etmək üçün Moldovada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Berset öz tvitter hesabında Zelenski ilə Ukraynadakı müharibə, İsveçrəyə humanitar yardım və yenidənqurma işləri ilə bağlı məhsuldar söhbətlər apardığını bildirib.

Bahadur Seyidov