İndoneziya “qızıl viza” proqramına başlayır



 16:25 02.06.2023     330

İndoneziya hökuməti ölkəni işləmək üçün daha cəlbedici etmək məqsədi daşıyan “qızıl viza” proqramına başlayacağını açıqlayıb.

Demedia.az xəbər verir ki, turizm naziri Sandiaga Uno bildirib ki, “qızıl viza” proqramı ölkəyə daha çox xarici işçi və investor cəlb etmək üçün irəliləyiş ola bilər. Məlumata görə, ölkəni işləmək üçün daha cəlbedici etmək məqsədi daşıyan müraciət çərçivəsində əcnəbilərə 10 ilə qədər yaşamaq icazəsi verilə bilər. Uno, texniki detalların hələ dəqiqləşdirilmədiyini açıqlayıb. 

"Qızıl viza, rəqəmsallaşma, səhiyyə, tədqiqat və texnologiya sahələrində keyfiyyətli istedadları cəlb etmək üçün tezliklə başlayacağımız yeni bir proqramdır. Bu proqram əcnəbiləri sərmayə qoymağa cəlb edə bilər" – nazir Uno deyib.

Bahadur Seyidov