Avropa İttifaqı Rusiyanı qaçırılan uşaqları ailələrinə qaytarmağa çağırdı



 16:27 02.06.2023     310

Avropa İttifaqı Rusiyanı qaçırılan uşaqları ailələrinə qaytarmağa çağırıb.

Demedia.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının nümayəndəsi Dubravka Suica və Ukraynanın sosial siyasət naziri Oksana Jolnoviç Stokholmda keçirilən “Ukraynalı uşaqların müdafiəsi və Avropa Birliyinin dəstəyi” mövzusunda yüksək səviyyəli toplantıdan əvvəl mətbuata açıqlamalar verib.

"Rusiyanın hərbi cinayətlər siyahısına əlavə edilən ukraynalı uşaqların qanunsuz deportasiyasını və köçürülməsini qətiyyətlə pisləyirik. Biz Rusiyanı "sürətləndirilmiş övladlığa götürməyə" son qoymağa və uşaqları Ukraynaya qaytarmağa çağırırıq", - Suica deyib.

Təxminən 1,3 milyon ukraynalı uşağın Avropa Birliyinə sığındığını qeyd edən Suica, Avropa Birliyinin Ukraynaya uşaqlarla bağlı islahatlarında dəstək verəcəyini və bunun üçün 10 milyon avro ayrıldığını bildirib.

Ukraynanın sosial siyasət naziri Jolnoviç 7 milyon uşağın müharibədən təsirləndiyini, 16 minə yaxın uşağın isə Rusiya tərəfindən qaçırıldığını bildirib.

Bahadur Seyidov