"GİZLİ CİNAYƏTLƏR" açılır - Dövlət Təhlükəsizliyi Xidmətinin sənədləri əsasında



 16:32 02.06.2023     942

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş DTX-nın məxfi materialları əsasında "Gizli Cinayətlər" kitabı çapdan çıxıb.

Karyera və İşə Hazırlıq Mərkəzinin dəstəyi ilə nəşr olunan kitabın müəllifi İlham Tumas, layihə rəhbəri Şahin Sərdarlıdır. Kitabda Azərbaycan xüsusi xidmət orqanının müxtəlif vaxtlarda həyata keçirdiyi əməliyyatlar haqda araşdırmalar yer alıb. Kitabdakı sənədlər və fotolar ilk dəfə oxuculara təqdim olunur. Araşdırmalar əsasında müəllifin aparıcılığı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində “İstintaq davam edir” telelayihəsi çərçivəsində sənədli filmlər hazırlanıb, efirə gedib.

Yaxın günlərdə "Gizli cinayətlər" kitabının rəsmi təqdimat mərasimi keçiriləcək.

AYŞƏN