Yalan detektorundan keçən şəxsdən ŞOK ETİRAF: "6491-dən gəlmişəm..."



 20:31 02.06.2023     614

Zaman səyahətçiləri əsrlər boyu bir çox insanın təsəvvürlərini valeh edib.

Demedia.az xəbər verir ki, bəziləri müəyyən bir zamanda ilişib qaldıqlarını, bəziləri vəzifəsi olduğunu, bəziləri gələcəkdən xəbərlər gətirdiklərini söyləyərkən, "YouTube" kanalı PolarSaurusRex tərəfindən yayımlanan Real Zaman Yolçuları adlı video böyük marağa səbəb olub.

Videoda yalan testindən keçmiş və özünün 6491-ci ildən olduğunu iddia edən bir kişi əks olunub.

6491-ci ildən vaxt səyyahı olduğunu iddia edən bu adam qabaqcıl texnologiya, füsunkar sosial dəyişikliklər və planetimizin gələcəyi ilə bağlı dəhşətli xəbərdarlıqlarla gələcək dünyanı təsvir edib. Ceyms Oliver adlı zaman səyyahı səyahətində bu günə gəldiyini, istifadə edilən cihazların nasazlığı səbəbindən qeyri-müəyyən bir zamanda ilişib qaldığını və beləcə 2018-ci ilə gəldiyini ifadə edib.

Oliver başqa bir planetdə yaşadığını, gəldiyi planetin Günəş ətrafında fırlanmadığını, gələcəkdə zamanda səyahət edən bir dəliyi kəşf etdiklərini və bunun hələ də bir müddət çəkdiyini söyləyib. 

Oliver hətta videoda ən yaxın dostunun başqa qalaktikadan olduğunu da qeyd edib. Ceyms Oliver hər canlının yaşadığı tək bir planetin son dərəcə sıx olduğunu və insanların bu şəkildə yaşaya bilməyəcəyini də qeyd edib. Bu səbəblə Mars, Merkuri və Venera kimi planetlərdə insanların yaşayış yerləri qurduğunu və yaşanmaz olduğu düşünülən bu planetlərin səthində günbəz kimi bir quruluş qurulduğunu iddia edib.

Ceyms Oliver də indiki insanları bəzi təhlükəli hadisələrin baş verəcəyi barədə xəbərdar edib.

Aysun / Demedia.az