Yaponiyada tropik Mavar tayfunu ilə bağlı xəbərdarlıq elan edildi



 16:45 02.06.2023     280

Şərqi Asiyada meydana gələn tropik Mavar tayfunundan təsirlənən Yaponiyada daşqın və torpaq sürüşmələri barədə xəbərdarlıq edilib.

Demedia.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi Sakit okeanı sahilindəki əyalətlər üçün daşqın və torpaq sürüşmələri barədə xəbərdarlıq elan edib. Agentlik insanları bəzi bölgələrdən müvəqqəti təxliyə etməyə çağırıb. Bildirilib ki, qasırğa ölkənin qərbindəki Okinavaya doğru istiqamətlənir. Şikoku və Kinki bölgələrində "həyat üçün təhlükə yaradan təbii fəlakətlər" barədə xəbərdarlıq edilib.

Agentlik, 9 metrlik dalğaların Okinava sahillərinə çata biləcəyini açıqlayıb.

Bahadur Seyidov