Şimali Koreya BMT-nin bəyanatını pislədi



 17:28 02.06.2023     286

Şimali Koreya NATO və Birləşmiş Millətlər Təşkilatını ölkənin hərbi casus peykini kosmosa göndərmə cəhdini pisləməsini tənqid edib.

Demedia.az xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Jo Çol-su bunu ölkənin “daxili işlərinə müdaxilə” kimi qiymətləndirib. BMT-nin baş katibi Antonio Quterreşin açıqlamalarının ölkənin daxili işlərinə qarışmaq mənasına gəldiyini bildirən Jonun sözlərinə görə, belə bəyanatlar Şimali Koreyanın suveren hüquqlarını pozur.

Jo vurğulayıb ki, Şimali Koreya peykin buraxılması ilə bağlı fəaliyyətlərini davam etdirəcək.

Bahadur Seyidov