Müharibə davam etdiyi müddətdə Ukrayna NATO üzvü olmayacaq - Zelenski



 22:20 02.06.2023     297

Rusiyanın başlatdığı müharibənin davam etdiyi müddətdə Ukraynanın NATO üzvü olmayacağını bilirik.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn Estoniya prezidenti Alar Karis ilə görüşüb.Ukrayna Prezident Aparatının yaydığı bəyanatda bildirilir ki, görüş zamanı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, nəzərdə tutulan beynəlxalq tədbirlər, Ukraynanın Avropa İttifaqına inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Zelenski görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Kiyev heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcək. Ona görə də müharibə davam etdiyi müddətdə Kiyevin NATO-ya üzv olması mümkün deyil.

Bahadur Seyidov