Sudanda 1,6 milyondan çox insan didərgin düşdü - ÜST



 22:53 02.06.2023     296

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, Sudanda davam edən qarşıdurma səbəbiylə 1,6 milyondan çox insanın didərgin düşdüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, Sudanda qarşıdurmaların miqyasının artdığını vurğulayan Qebreyesus bildirib ki, insanlar xəstəxanaya çata bilmədikləri və lazımi tibbi yardım ala bilmədikləri üçün həyatlarını itirirlər.

“Yağışlı mövsümlə birlikdə sudan və ağcaqanadlardan qaynaqlanan xəstəliklərin epidemiyaları artır. Münaqişə başlayandan bəri Sudanda 1,6 milyon insan didərgin düşüb. Buraya məcburi köçkünlər və qonşu ölkələrə gedənlər də daxildir” – Qebreyesus deyib.

Qebreyesus bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının sudanlı qaçqınlara kömək etmək üçün qonşu ölkələrin səhiyyə qurumları ilə əməkdaşlıq edir.

Bahadur Seyidov