Ərdoğanın kitabı Moskvada marağa səbəb oldu



 23:05 02.06.2023     329

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha Ədalətli Dünya Mümkündür” kitabı Moskvada nümayiş olunub.

Demedia.az xəbər verir ki, Moskvada keçirilən təbliğata xeyli maraq olub. Məlumata görə, rus dilinə tərcümə edilmiş kitab 9-cu Kitab Festivalında ilk dəfə rus oxuculara təqdim edilib. Erciyes Universitetinin müəllimi Sevinç Üçgülün tərcümə etdiyi kitabın ilk nəşri Türkiyə Cümhuriyyəti Kommunikasiyalar İdarəsinin koordinasiyası ilə Rusiyada təqdim edilib.

Kitabın sərgiləndiyi stend qarşısında sıraya düzülən Rusiya vətəndaşları kitabı maraqla qarşılayıb. Kitabın təbliğatının keçirildiyi stendə Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar da gəlib.

Bahadur Seyidov