Qəbilələr arasında toqquşma



 17:06 05.06.2023     306

Nigeriyada heyvandarlıq və əkinçiliklə məşğul olan fermerlər arasında qarşıdurmaların yaşandığı Benue əyalətinə silahlı hücum təşkil edilib.

Demedia.az xəbər verir ki, hücumlarda 25 nəfər həyatını itirib. Katsina-Ala rayonunun rəhbəri Atera Alfredin açıqlamasına görə, silahlı şəxslər Benue əyalətinin Katsina-Ala rayonunun müxtəlif kəndlərinə hücumlar təşkil ediblər.Alfred qeyd edib ki, hücumlarda azı 25 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Hücumdan sonra təhlükəsizlik qüvvələri bölgəyə göndərilib.

Hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi məlum deyil. Nigeriyanın şimalı heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli qarşıdurmalara səhnə olur.

Bahadur Seyidov