Ukrayna ordusu Donetskdə hücuma keçdi



 17:25 05.06.2023     285

Ukrayna ordusu Cənubi Donetsk cəbhəsində 5 yerdə genişmiqyaslı hücuma keçib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib. O bilidirib ki, Ukraynanın irimiqyaslı hücumlarına baxmayaraq, düşmən Rusiya ordusunun müdafiəsini keçə bilməyib. Ukrayna ordusunun bəzi briqadalarının təşkil etdiyi hücumlar barədə məlumat verən Konaşenkovun sözlərinə görə, düşmən digər hərbi hissələrin dəstəyi ilə 23-cü və 31-ci Mexanikləşdirilmiş Briqadalara strateji mövqedən kütləvi hücuma keçib.

Ukrayna əsgərlərinin 6 mexanikləşdirilmiş və 2 tank batalyonundan ibarət olduğunu qeyd edən Konaşenkov bildirib ki, düşmən cəbhənin ən zəif yerindən müdafiəni yarıb keçməyə cəhd edib. Lakin Ukrayna əsgərləri üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib.

Bahadur Seyidov