İsveç PKK terror təşkilatının təbliğatına növbəti dəfə icazə verdi



 17:43 05.06.2023     297

Türkiyəni NATO-ya üzv olmağa razı salmağa çalışan İsveç PKK terror təşkilatının təbliğatına növbəti dəfə icazə verib.

Demedia.az xəbər verir ki, PKK tərəfdarları paytaxt Stokholmda Prezident Rəcəb Tayyib Ərdoğanı və İsveçin qəbul etdiyi yeni terror qanununu hədəf alan nümayiş keçirib. Məlumata görə, terror təşkilatının tərəfdarları İsveç hökumətini istefaya çağırıb. Onlar terror təşkilatı PKK/YPG-ni simvolizə edən parçalar daşıyıblar. PKK tərəfdarları saatlarla Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə şüarlar səsləndiriblər.

Polisin müşayiəti ilə keçirilən nümayiş təxminən 3,5 saat davam edib. İsveç polisi terror tərəfdarlarına mane olunmaması üçün tədbirlər görüb.

Bahadur Seyidov